Yuxarı

İsmayıl İsmayılov: "Ümidvaram ki, boksda ən azı 3 qızıl medal qazanacağıq"

Bütün idmançılarımız onlara göstərilən etimadı layiqincə doğruldurlar

Bakı. 20 iyun. REPORT.AZ/ "Avropa Oyunlarında bütün idmançılarımız dövlət tərəfindən onlara göstərilən etimadı layiqincə doğruldurlar". "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan gənclər və idman nazirinin müavini İsmayil İsmayılov deyib. 

Onun sözlərinə görə, hazırda Azərbaycanın 4 samboçusu finaldadır, 3-ü isə bürünc medal uğrunda mübarizə aparır və onlardan da medal gözlənilir: "Həmçinin boks yarışlarında da medallar gözləyirik. Ümidvaram ki, boksda ən azı 3 qızıl medal qazanacağıq".

Nazir müavini vurğulayıb ki, Avropa Oyunlarında idmançıların hazırlıq səviyyəsi çox yüksək olub: "Yüksək səviyyəli tədbirlərdə rəqabət də çox yüksək olduğundan, idmançılarımızın uğurlu nəticələr göstərməsi çətinləşir. Lakin idmançılarımızın müxtəlif miqyaslı yarışlarda ölkəmizi layiqincə təmsil etmələri onu göstərir ki, onların hazırlıq səviyyəsi yüksəkdir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi