FİFA İdarə Heyətinin üzvü: "I Avropa Oyunlarının təşkilatçılığı çox yüksək səviyyədədir"

FİFA İdarə Heyətinin üzvü: "I Avropa Oyunlarının təşkilatçılığı çox yüksək səviyyədədir" "İstəyirik ki, öz idman növümüzün üstünlüklərini nümayiş etdirib yeni azerkeşlər qazanaq"
Avropa Oyunları
23 İyun , 2015 11:12
FİFA İdarə Heyətinin üzvü: I Avropa Oyunlarının təşkilatçılığı çox yüksək səviyyədədir

Bakı. 23 iyun. REPORT.AZ/ "I Avropa Oyunlarının təşkilatçılığı çox yüksək səviyyədədir. Açılışda iştirak etmək böyük şərəf idi. Çimərlik futbolu üçün tarixi anlardır, çünki bu, yeni idman növüdür. Bu idman növü üzrə ən yaxşı heyətlərimizi Azərbaycana gətirmişik. Gözəl yarışlar müşahidə edəcəksiniz". "Report" xəbər verir ki, bunu FİFA-nın idarə heyətinin üzvü, Dünya Çimərlik Futbolu Federasiyasının vitse-prezidenti Joan Cusco bildirib.

O bildirib ki, çimərlik futbolu üçün nəzərdə tutulan oyunlara biletlərin hamısı satılıb: "İstəyirik ki, öz idman növümüzün üstünlüklərini nümayiş etdirib yeni azerkeşlər qazanaq. Sabahdan matçlara başlayırıq. İdmançıların füsunkar bacarıqlarını nümayiş edə bilərsiniz. Çalışırıq ki, çimərlik futbolunda hər bir imkandan istifadə edərək öz yarışlarını nümayiş etdirək".

Azərbaycanın çimərlik futbol yığma komandasının qapıçısı Emin Kürdov isə deyib ki, hazırlıqlar başa çatır: "Əsas hədəfimiz 3 yerdən birinə sahib olmaqdır. Çimərlik futbolunun Oyunlara salınması sevindirici haldır. Tarixə düşmüşük. 7 komanda ilə mübarizə aparmaq çətin olsa da, əlimizdən gələni etməyə çalışacağıq. Həmin 7 komanda A divizionunun komandasıdır. Biz isə B divizionundayıq".

Son xəbərlər

Orphus sistemi