Bakı. 23 iyun. REPORT.AZ/ "Əslində qalib gələcəyimə ümidim yox idi. Çünki yarış zamanı rəqiblərimdən çox geridə qalmışdım".
Bunu "Report"a açıqlamasında "
Onun sözlərinə görə, tribunadan gələn səs onu hərəkətə gətirib: "Sanki qulağıma "Andrey irəli!", "Andrey irəli" şüarı gəldi. Bu məni daha da ruhlandırdı və yenidən bütün gücümü toplayaraq yalnız qələbə haqda düşündüm, yarışa davam elədim".
A.Xoloptsov I Avropa Oyunlarının qalibi olmasını özü üçün çox böyük uğur adlandırıb: "Mən bunu sözlə ifadə edə bilmirəm. Nəticədə mən qızıl medal qazandım. Mən buna çox sevinirəm. Yarışlara çox ciddi şəkildə hazırlaşmışdım. Bakını çox sevdim, gözəl şəhərdir. Təşkilatçılığı bəyəndim, çünki hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Buna görə bütün təşkilatçılara öz minnətdarlığımı bildirirəm".