Bakı. 2 iyul. REPORT.AZ/ Efiopiyanın aparıcı mətbuat orqanı olan “The Ethiopian Herald” qəzetində “
Azərbaycanın Efiopiyadakı səfirliyindən "Report"a verilən məlumatına görə, məqalədə iyunun 28-də Bakı Olimpiya Stadionunda təşkil edilən “Bakı 2015" ilk Avropa Oyunlarının möhtəşəm bağlanış mərasimi haqqında məlumat verilib.
Müəllif məqalədə “Bakı 2015" ilk Avropa Oyunlarında 6 min idmançının iştirak etdiyini bildirib, qazanılmış medalların sayına görə Rusiya, Azərbaycan və Böyük Britaniyanın cədvələ başçılıq etdikləri qeyd olunub.
Məqalədə məşhur Britaniya müğənnisi və musiqiçisi Con Nyuman və digər məşhurların ifasında stadiona toplaşmış tədbir iştirakçıları və 17 gün ərzində bütün dünyada "Bakı 2015" Avropa Oyunlarını izləyən milyonlarla tamaşaçı üçün möhtəşəm bağlanış mərasiminin keçirildiyi vurğulanıb.