Yuxarı
    Bağlamaq

    ​Boks üzrə Azərbaycan millisi Meksikaya təlim-məşq toplanışına yollanıb

    Mayın 24-ə kimi davam edəcək hazırlıq prosesində yığmanın bütün liderləri iştirak edəcək

    Bakı. 5 may. REPORT.AZ/ I Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan milli komandası Meksikaya təlim-məşq toplanışına yollanıb. 

    Azərbaycan Boks Federasiyasından "Report"a verilən məlumata görə, mayın 24-ə kimi davam edəcək hazırlıq prosesində yığmanın bütün liderləri iştirak edəcək.

    Azərbaycan millisi ilə yanaşı, Meksika, Panama, eləcə də həmin bölgədə yerləşən digər ölkələrin də boksçularının toplanışda iştirakı gözlənilir. Yığma komanda Meksikaya baş məşqçi Pedro Rok, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinesin rəhbərliyi altında 17 idmançıyla yollanıb. İki dəfə dünya, Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov, dünya çempionu Cavid Çələbiyev, Avropa çempionu, dünya çempionatının və Olimpiya oyunlarının mükafatçısı Teymur Məmmədov və digər idmançılar hazırlıq prosesinə qatılıblar.

    WSB liqasında “Baku Fires” klubunun heyətində mübarizə aparan Albert Səlimov, Pərviz Bağırov, Soltan Migitinov və Abdulqadir Abdullayev də milli komandanın heyətinə cəlb olunublar. Ümumilikdə Meksikaya yollanan döyüşçülər bunlardır:

    49 kq – Salman Əlizadə, Rüfət Hüseynov

    52 kq – Elvin Məmişzadə, Məsud Yusifzadə

    56 kq – Cavid Çələbiyev, Tayfur Əliyev

    60 kq – Elvin İsayev, Albert Səlimov

    64 kq – Lorenzo Sotomayor

    69 kq – Tamerlan Abdullayev, Pərviz Bağırov

    75 kq – Kamran Şahsuvarlı, Xaybulla Musalov

    81 kq – Soltan Migitinov

    91 kq – Teymur Məmmədov, Abdulqadir Abdullayev

    +91 kq – Məhəmmədrəsul Məcidov

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi