Bakı. 9 iyun. REPORT.AZ/ "Bakı qarşıdakı Avropa oyunları ilə yaşayır. İdman bayramı da, heç şübhəsiz ki, alınmalıdır. Bunun üçün Azərbaycanda böyük səylər göstərilib, vəsait qoyulub". "Report" xəbər verir ki, bu barədə Belarusun "BELTA" informasiya agentliyinin dərc etdiyi "İlk Avropa oyunları: bütün yollar Bakıya aparır" məqaləsində deyilir.
Qeyd olunur ki, qısa zaman ərzində Bakıda 18 müasir idman kompleksi istifadəyə hazır vəziyyətə gətirilib, onlardan 5-i tamamilə yenidən tikilib.
Azərbaycanın Belarusdakı səfiri İsfəndiyar Vahabzadə bildirib ki, Bakı Avropadan gələn bütün qonaqları qəbul etməyə hazırdır.
"Bizim hazırlıq işlərinin aparılması üçün cəmi 2,5 il olmasına baxmayaraq, bu vaxt ərzində ciddi işlər görülüb və yarışlar 12-28 iyun tarixlərində Yay Olimpiya oyunları səviyəsində keçiriləcək", - səfir Belarus
"Təşkilatçılar dünya standartlarına cavab verən infrastrukturun yaradılmasına nail olublar. İndi yalnız yeni və yenidən qurulan idman komplekslərini idman yarışları ilə doldurmaq qalır. İnşaatçılar öz imtahanını artıq veriblər, indi növbə idmançılarındır", - müəllif yazır.
Məqalədə həmçinin deyilir ki, Belarus tamaşaçıları yarışları milli televiziya ilə izləyə biləcəklər.