Minskdə II Avropa Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Minskdə II Avropa Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB Mərasimdə çıxış edən ölkə prezidenti Aleksandr Lukaşenko Minsk 2019u dostluq və birlik bayramı adlandırıb:
Avropa Oyunları
1 İyul , 2019 01:00
Minskdə II Avropa Oyunlarının bağlanış mərasimi keçirilib - YENİLƏNİB

Mərasimdə çıxış edən ölkə prezidenti Aleksandr Lukaşenko "Minsk 2019"u dostluq və birlik bayramı adlandırıb:

"Biz bu bayramı hər şeydən əvvəl özümüzə hədiyyə etdik. 10 gün ərzində birlik ab-havasını siz idmançılar yaratdınız. Məşəli söndürməmişdən əməyi keçən hər kəsə, o cümlədən jurnalistlərə, hakimlərə, könüllülərə təşəkkür edirəm. 8 min könüllünü itirə bilmərik. Onların verilənlər bazasını hazırlamağı tapşırmışam. Azarkeşlərə də minnətdaram. Əziz qonaqlar, siz müharibəsiz, sakit şəraitdə yaşayan ölkədə oldunuz".

Lukaşenko Oyunların simvolu Lesik adlı tülküyə də təşəkkürünü bildirib və Avropa Oyunlarına uzun və şərəfli ömür arzulayıb.

Avropa Olimpiya Komitələrinin prezidenti Yanez Kotsiyançiç də çıxış edərək, təmiz idman mübarizəsi şəraitində Oyunlar izlədiklərini vurğulayıb. O, idmanda dopinqə qarşı amansız mübarizə aparacaqlarını diqqətə çatdırıb. Sloveniyalı funksioner "Minsk 2019"un Belarus üçün yaxşı sərmayə olduğunu sözlərinə əlavə edib və təşkilatçı ölkə üçün medal sıralamasında ikinci yeri gözəl nəticə adlandırıb. EOC prezidenti açılışda olduğu kimi, bağlanışda da belarusca danışmağı unutmayıb.

Nəhayət, Oyunların məşəli söndürülüb.

Tədbir atəşfəşanlıqla yekunlaşıb.


***23:08

Belarusun paytaxtı Minskdəki "Dinamo" Milli Olimpiya Stadionunda II Avropa Oyunlarının bağlanış mərasimi başlayıb.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumatına görə, tədbirdə Belarus, Rusiya, Tacikistan prezidentləri ilə yanaşı, Beynəlxalq və Avropa Olimpiya Komitələrinin prezidentləri iştirak edir.

Mərasim Belarusun dövlət himni ilə start götürüb. Daha sonra iştirakçı ölkələrin bayraqları səhnəyə gətirib. Azərbaycanın bayraqdarı Minskdə qızıl medal qazanan karateçi Asiman Qurbanlı olub.

Daha sonra müxtəlif rəqs kompozisiyaları nümayiş etdirilib və Belarusun simvolu olan Zubr nəhəng ekranda canlandırılıb.

Yerli ifaçılar mahnılar ifa ediblər. Bu zaman idmanda vacib amillər olan yarışdan əvvəl, ikinci nəfəs, məşqçi, hörmət, yeni çağırış, könüllülər və qələbəni əks etdirən anlar nümayiş olunub.

Daha sonra EOC-un bayrağı endirilib.

Son xəbərlər

Orphus sistemi