Yuxarı

Belarus prezidentinin köməkçisi Bakıya səfər edəcək

İdman məmurlarından ibarət nümayəndə heyəti Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcək

Bakı. 18 noyabr. REPORT.AZ/ Belarus prezidentinin idman məsələləri üzrə köməkçisi Maksim Rıjenkovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabr ayının 20-də Bakıya səfər edəcək.

Belarusun Azərbaycandakı səfirliyindən "Report"a bildirilib ki, nümayəndə heyəti noyabr ayının 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin 43-cü sessiyasında iştirak edəcək.

Nümayəndə heyətinin tərkibinə həmçinin idman naziri Aleksandr Şamko, 2004-cü il Olimpiya çempionu Yuliya Nesterenko, eləcə də Minsk şəhərinin rəhbərliyi daxildir. 

Səfər noyabr ayının 22-nə qədər davam edəcək. 

Eyni zamanda səfirlikdən bildirilib ki, bu gün Belarus Milli Olimpiya Komitəsinin rəhbəri Georgi Katulin Bakıya gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi