Bakı. 11 İyun. REPORT.AZ/ Bakıda keçiriləcək Avropa Oyunları çərçivəsində azərkeşlər üçün "Rusiya evi"nin təntənəli açılışı iyunun 12-də olacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Rossotrudniçestvo"nun Azərbaycandakı nümayəndəliyindən məlumat verilib.
Açılış mərasimində Rusiya Olimpiya Komitəsinin (ROK) prezidenti Aleksandr Jukov, Rusiya prezidentinin köməkçisi, ROK-un vitse-prezidenti İqor Levitin, idman naziri Vitali Mutko, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, "Rossotrudniçestvo"nun rəhbəri Lübov Qlebova və digər fəxri qonaqlar iştirak edəcəklər.
Azarkeşlər evi Bakının mərkəzi hissəsində, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin binasında yerləşəcək.
"Bu Evin ROK-un Soçidəki analoji layihəsindən əsas fərqi ondan ibarət olacaq ki, burada təkcə Rusiya yığmasına deyil, həm də Azərbaycan idmançılarına həsr olunmuş nadir interaktiv ekspozisiyalar olacaq", - nümayəndəlikdən bildiriblər.