Yuxarı

Azərbaycanın daha 4 qılıncoynadanı "Bakı 2015"də mübarizəni dayandırıb - CANLI YAYIM

Onların hamısı qrup mərhələsində uğursuz çıxış edib

Bakı. 24 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarında iştirak edən Azərbaycan qılıncoynadanlarından daha 4-ü yarışı başa vurub. "Report"un məlumatına görə, şpaqa növündə çıxış edən qılıncoynadanlar 1/16 final mərhələsinə yüksələ bilməyiblər.

A qrupunda mübarizə aparan Kənan Əliyev 6 döyüşdə 2 xal qazanaraq 6-cı pillədə qərarlaşıb. Bu da onun növbəti mərhələyə çıxmasına kifayət etməyib. Nəcəf Məhərrəmov və Vəkil Nəsibov müvafiq olaraq B və C qruplarının sonuncusu olaraq yarışlarla vidalaşıblar. E qrupunda mübarizə aparan Mehrab Həsənov isə 6 görüşün yalnız 1-dən qələbə ilə ayrıla bilib. Bu nəticə ilə M.Həsənov qrup mərhələsini 6-cı pillədə başa vuraraq "Bakı 2015"də mübarizəni dayandırıb.

Qeyd edək ki, "Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışlarına iyunun 27-də yekun vurulacaq.

*** 09:10

"Bakı 2015" I Avropa Oyunlarında qılıncoynatma yarışları keçirilir. "Report"un məlumatına görə, bu gün Azərbaycan idmançılarından Kənan Əliyev, Nəcəf Məhərrəmov, Vəkil Nəsibov və Mehrab Həsənov iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi