Bakı. 24 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunları ilə "Nestle" Azərbaycan şirkəti arasında rəsmi dəstək müqaviləsi imzalanıb.
"Report"un məlumatına görə, tərəflər Oyunların şirniyyat təchizatının təmin edilməsi barədə razılığa gəliblər.
İmzalanmış müqavilənin şərtlərinə "Nestle" Avropa oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün məkanlarda idman azarkeşlərini kofe, qənnadı məmulatları və müsli şokoladları ilə təmin edəcək.
Müqavilədə nəzərdə tutulan "Nestle" məhsullarına "Kit kat", "Lion", "Nestlefitness" və "Nescafe" daxildir.
Qeyd edək ki, "Nestle" Azərbaycan şirkəti, "Azersun Holding", "Bazarstore", "McDonald’s" Azərbaycan, "Milla", "Motorola Solutions", NAZ, "Sitecore" və "Tickethour" şirkətlərindən sonra, I Avropa Oyunlarına qoşulan sayca doqquzuncu rəsmi dəstəkçidir.