Bakı. 26 iyun. REPORT.AZ/ İyunun 28-də Bakı Olimpiya Stadionunda keçiriləcək Bağlanış Mərasimi unudulmaz anlara səhnə olacaq. "Report"un Oyunların rəsmi saytına istinadən verdiyi məlumata görə, Olimpiya Stadionu "
Stadionun tikilməsinə 20,5 milyon saatdan çox əmək sərf olunub. Bazar günü stadion axşam saatlarında başa çatmaqda olan Oyunların emosiyalarına və səmanı bəzəyən 10 min pirotexniki qurğunun səsinə bir daha qərq olacaq.
"Bakı 2015"in Bağlanış Mərasimi barədə əlavə faktlar:
Stadionun daxilində 250 metr uzunluğunda 7,5 ton ağırlığa tab gətirən xətlər çəkilib;
Üç səhnədə istifadə ediləcək 450 m2-lik LED döşəmə plitələri;
Mərasimin təşkili üçün 20 ölkədən 500-dən çox yük maşını ilə və hava yolu ilə gətirilmiş100 ton həcmində yük;
800 səsgücləndirici və səs sistemi üçün 25 km uzunluğunda naqil;
2000-dən çox işıqlandırma qurğusu;
Çəkiliş və işçi heyəti tərəfindən istifadə ediləcək 12 mindən çox qulaqcıq və 180 mindən çox akkumulyator;
2011-ci ildən etibarən Olimpiya Stadionunun tikintisinə 20,5 milyon saat əmək sərf olunub;
10 min ədəd pirotexniki qurğu;
Mərasimin möhtəşəm atəşfəşanlıq səhnəsinin hazırlanması üçün sahədə 5 min saat əmək sərf olunub;
Atəşfəşanlığın musiqi ilə sinxronlaşdırılması üçün 200 saatlıq proqramlaşdırma işi həyata keçirilib;
Stadionun dam örtüyündə 120 ədəd pirotexniki işəsalma qurğusu yerləşdirilib.