"Bakı-2015" Davos İqtisadi Forumunda təqdim olunacaq
Avropa Oyunları
- 20 yanvar, 2015
- 08:17
Bakı. 20 yanvar. REPORT.AZ/ Davos İqtisadi Forumunda "Bakı-2015" I Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək. "Report"un "İnside the Games"ə istinadən verdiyi məlumata görə, tədbirə Azərbaycan Prezidenti İlham ƏIiyev və xanımı, "Bakı-2015" I Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə yanaşı, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkinin də qatılacağı gözlənilir.
"İnterContinental" hotelində təşkil olunacaq mərasimdə bir neçə yüz nəfər nüfuzlu qonaq iştirak edəcək. Artıq həmin hoteldə I Avropa Oyunlarına həsr olunmuş sərgi də açılıb.
Davos İqtisadi Forumu yanvarın 21-də işə başlayacaq.
Qeyd edək ki, iyunun 12-də start götürəcək "Bakı-2015"ə 6000-dən çox idmançı qatılacaq. Oyunlar 17 gün davam edəcək.
Son xəbərlər
04:28
Kolumbiyada təyyarə qəzasında beş nəfər həlak olub
Digər ölkələr04:04
Sivasda itkin düşən 11 aylıq körpənin valideynləri həbs edilib
Region03:44
Kanada rəsmi olaraq Şimali Avropa hərbi alyansına üzvlük üçün müraciət edib
Digər ölkələr03:18
CENTCOM: May ayından bəri Hörmüz vasitəsilə 900 milyon barel neft daşınıb
Digər ölkələr02:50
"Mançester Yunayted" İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıb
Futbol02:20
İstanbulda LGBTİ+ dərnəklərinə qarşı əməliyyat keçirilib, 20 şübhəli həbs edilib
Region02:05
Foto
Lənkəranda qəza zamanı ölənlərdən birinin kimliyi məlum olub - YENİLƏNİB-2
Hadisə01:40
Pensilvaniyada qızılca epidemiyası qeydə alınıb
Digər ölkələr01:11