Hər iki nazir qarşılıqlı əməkdaşlıqda maraqlı olduqlarını bildirib. A.Rəhimov Braziliya ilə sıx əməkdaşlığa hazır olduqlarını, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
A.Rebelo isə deyib ki, son zamanlar Azərbaycanda dünya miqyasında idman yarışlarının təşkil edilməsi bu ölkənin dünyada idman sahəsində tutduğu yüksək mövqeyini göstərir: "Rio-de-Janeyro 2016-cı ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək. Azərbaycanın da ilk dəfə Avropa Oyunlarına ev sahibliyi etdiyini nəzərə alsaq, bizim maraqlı təcrübə mübadiləmiz ola bilər".
Braziliyalı nazir gələcəkdə hər iki ölkə arasında müxtəlif sahələrdə birgə tədbirlərin keçirilə biləcəyini də söyləyib.
Müzakirələrdən sonra hər iki ölkənin naziri ikitərəfli əməkdaşlıq haqqında fəaliyyət planı imzalayıb.