"Bakı 2015"in Afrikanın 25 ölkəsində yayımını nəzərdə tutan müqavilə bağlanılıb

"Bakı 2015"in Afrikanın 25 ölkəsində yayımını nəzərdə tutan müqavilə bağlanılıb Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb
Avropa Oyunları
5 İyun , 2015 15:28
Bakı 2015in Afrikanın 25 ölkəsində yayımını nəzərdə tutan müqavilə bağlanılıb

Bakı. 5 iyun. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarının “Fox Sport Afrika” teleyayım şirkəti ilə yayımına dair müqavilə imzalanıb. "Report"un məlumatına görə, bununla da Afrika qitəsində "Bakı 2015"i yayımlayacaq ölkələrin sayı 25-ə çatıb. 

Ərəb dövlətləri yayım birliyi ilə ötən ilin oktyabrında imzalanmış müqavilə Şimali Afrika və Yaxın Şərq ölkələrində idman azarkeşlərinin I Avropa Oyunlarını izləməsinə imkan verir. Bu gün imzalanan saziş isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına təkan verəcək. Kabel televiziyası olan “Fox Sport Afrika” yarışları, eləcə də Açılış və Bağlanış mərasimlərini "Fox Sport" və "Fox Sport-2" kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Qeyd edək ki, bu müqavilədən sonra Avropadan kənarda Oyunların yayımlanacağı ölkələrin sayı 75-ə çatıb. Bu da qeyri-Avropa ölkələrində 579 milyon evdə yarışların izlənməsinə şərait yaradacaq.

Son xəbərlər

Orphus sistemi