Bakı. 22 İyun. REPORT.AZ/ Belaruslu samboçu Stepan Popov "
"Report"un məlumatına görə, 31 yaşlı idmançı 74 kq çəki dərəcəsində keçirilmiş qarşılaşmada Qasımovdan revanş aldığını bildirib.
O, Bakıya məhz azərbaycanlı rəqibini məğlub etməyə gəldiyini etiraf edib:
"O məni bir dəfə məğlub etmişdi. Bura da Qasımovu məhz final görüşündə məğlub etməyə gəlmişdim. Bilirdim ki, həlledici görüşdə rəqibim Amil olacaq".
Qarşılaşmadan sonra ağrılar içində yerdə qalan Qasımovu çiyninə alaraq, əlil arabasınadək aparan Popov azarkeşlərin rəğbətini qazandığı üçün məmnunluğunu dilə gətirib:
"Azarkeşlərin reaksiyası mənə də xoş idi. Amma rəqibimi çiyinlərimə məhz bundan ötrü almadım. Mən də belə halla üzləşmişdim. Minskdə doğma publika önündə məni də ağrıdoğurucu fəndlə yenmişdilər. Ona görə də Qasımovu yaxşı başa düşürdüm. Dolu tribunalar önündə bu cür məğlubiyyət ona ağır təsir etmişdi. Asanlıqla təslim olmaq istəmirdi. Amma biz xalçada rəqibik, meydandan kənarda xoş münasibətdəyik. Onu çiynimə alarkən, gözəl döyüşü münasibətilə təbrik etdim".
Belaruslu samboçu Qasımovun zədəsinin çox da ciddi olmadığına inandığını vurğulayıb:
"Mən belə halla üzləşəndə 2 həftəyə sağalmışdım. Güman edirəm ki, Amil də uzağı bir aya bərpa olunacaq və Dünya çempionatında çıxış edə biləcək".
Qeyd edək ki, yarış zalını əlil arabasında tərk etməsinə rəğmən, Amil Qasımov mükafatlandırma mərasimində iştirak edib.