Azərbaycan yığması Avropa Oyunlarına İtaliyada hazırlaşır

Azərbaycan yığması Avropa Oyunlarına İtaliyada hazırlaşır Təlim-məşq toplanışına dünya və Avropa çempionları da yollanıb
Avropa Oyunları
16 Mart , 2015 13:52
Azərbaycan yığması Avropa Oyunlarına İtaliyada hazırlaşır

Bakı. 16 mart. REPORT.AZ/ "Bakı 2015" I Avropa Oyunlarına hazırlaşan boks üzrə Azərbaycan milli komandası İtaliyaya təlim-məşq toplanışına yollanıb. "Report"un məlumatına görə, yığma üzvləri İtaliyanın Assizi şəhərində yerli boksçularla birgə hazırlıq keçəcək.

Millinin məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında toplanışda 2 qat dünya, Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov (+91 kq), dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionu Salman Əlizadə (49 kq) kimi tanınmış boksçular yer alıb. Bu yaxınlarda Bolqarıstanda keçirilmiş “Strandja” turnirində fəxri kürsünün ən yüksək pilləsinə qalxan Elvin İsayev (60 kq) və Lorenzo Sotomayor da (64 kq) toplanışa cəlb olunub.

Millinin 8 gün davam edəcək toplanış üçün heyəti:

49 kq: Salman Əlizadə

52 kq: Elvin Məmişzadə, Məsud Yusifzadə

56 kq: Cavid Çələbiyev, Tayfur Əliyev

60 kq: Elvin İsayev

64 kq: Lorenzo Sotomayor

69 kq: Tamerlan Abdullayev

75 kq: Xaybulla Musalov, Kamran Şahsuvarlı

81 kq: Rauf Rəhimov

+91 kq: Məhəmmədrəsul Məcidov

Qeyd edək ki, Azərbaycan yığması bunadək Bakıda Fransa boksçuları ilə birgə hazırlıq keçib. Apreldə isə milli Avropa Oyunlarına test xarakteri daşıyan “Ipək Yolu” turnirində mübarizə aparacaq. 

Son xəbərlər

Orphus sistemi