Bakı. 18 iyun. REPORT.AZ/ Kişilər arasında bir metr hündürlüyündə tramplindən suya tullanma yarışının final mərhələsinə start verilib. "Report"un məlumatına görə, yarışda mübarizə aparan idmançımız Artyom Danilov 2-ci nömrə altında çıxış edəcək.
*** 16:46
Avropa Oyunlarında qadınların platformadan suya tullanma yarışlarında ilkin mərhələyə yekun vurulub. "Report"un məlumatına görə, Azərbaycanı təmsil edən Olqa Bıkovskaya 8 cəhdin cəmində 323.30 xal yığaraq 11-ci yeri tutub.
Bu nəticə ilə O.Bıkovskaya saat 20:30-da başlanacaq final mərhələsinə yüksəlib. Həlledici mərhələdə onun 11 rəqibi olacaq.
*** 13:56
Avropa Oyunlarında qadınların platformadan suyatullanma yarışlarına start verilib. "Report"un məlumatına görə, bu yarışda Azərbaycanı Olqa Bıkovskaya təmsil edir.
O, final mərhələsinə yüksəlmək üçün 24 iştirakçı arasında ilk 12-liyə düşməlidir.
*** 13:47
"
Bu nəticə ilə 17 yaşlı idmançı finala yüksəlib. 12 suyatullananın iştirakı ilə keçiriləcək həlledici mərhələ saat 19:00-da başlanacaq.
*** 09:54
"
**** 09:42
"
İlk yarış günündə əvvəlcə kişilər 1 metrlik tramplindən, qadınlar isə platformadan suya tullanacaqlar. Seçmə mərhələnin ardından axşam saatlarında final mərhələsi təşkil olunacaq.
Hazırda keçirilən kişilərin mübarizəsində Azərbaycanı Artyom Danilov təmsil edir. Saat 13:20-də başlanacaq qadınların yarışında isə təşkilatçı ölkədən Olqa Bıkovskaya çıxış edəcək. Final mərhələsi müvafiq olaraq, saat 19:00-da və saat 20:30-da start götürəcək.