Mingəçevir. 15 iyun. REPORT.AZ/ I Avropa Oyunlarında Azərbaycanı kayak növündə təmsil edən İnna Osipenko-Radomskaya daha bir məsafəyə yürüşdə finala yüksəlib. "Report"un məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yarımfinal yürüşündə finişə 40,163 saniyəyə çataraq öz yarımqrupunda birinci yeri tutub.
Final yürüşü iyunun 16-da saat 15:05-də başlanacaq. Onun rəqibləri portuqaliyalı Tereza Portela, serbiyalı Nikolina Moldovan, polşalı Evelina Vojnarovska, macarıstanlı Danuta Kozak, böyük britaniyalı Raçel Koutorn, avstriyalı İvonne Şurinq və sloveniyalı Spela Ponomarenko Yaniç olacaq.
Qeyd edək ki, İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşdə də finala yüksəlib. Həlledici yürüş iyunun 16-da saat 11:12-də olacaq.