Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanın boks üzrə Avropa və ikiqat dünya çempionu Məhəmmədrəsul Məcidov "
Onun sözlərinə görə, səbəb 91 kq-dan yuxarı çəkidə yer alan idmançının zədəli olmasıdır: "Əvvəlki döyüşündə Məcidovun qaşı partlayıb. Buna görə həkimlər onun yarımfinalda çıxışına icazə verməyiblər".
Qeyd edək ki, Məhəmmədrəsul Məcidov ilk dəfə 1/8 finalda gürcüstanlı Mixail Baxtidze ilə qarşılaşmada zədələnib. Onun qaşı rəqibin baş zərbəsinə tuş gəlib. Növbəti görüşündə isə türkiyəli Ali Demirezenin zərbəsindən sonra M.Məcidovun qaşından qan açılıb. Həmin qarşılaşmanı Azərbaycan boksçusu qələbə ilə başa vursa da, yarımfinalda onun rusiyalı Həsən Hümbətovla döyüşə çıxması məqsədəuyğun sayılmayıb.