​Azərbaycan atıcısı İradə Aşumova daha bir yarışda mübarizəni dayandırıb

Avropa Oyunları
  • 20 iyun, 2015
  • 06:54
​Azərbaycan atıcısı İradə Aşumova daha bir yarışda mübarizəni dayandırıb

Bakı. 20 iyun. REPORT.AZ/ "Bakı 2015" Avropa Oyunlarında Azərbaycanı təmsil edən İradə Aşumova qadınlar arasında 25 metrdən tapança ilə atıcılığın sürətli atış növündə çıxış edib. "Report"un məlumatına görə, təcrübəli idmançı 3 atışın cəmində 290 xal (98, 98, 94) toplayıb.

O, sərrast atəş hissəsi ilə birgə 576 xal yığıb. Bu nəticə ilə 57 yaşlı atıcı 15-ci yeri tutub. İlk "8-liy"ə düşmədiyindən, Azərbaycan təmsilçisi yarımfinala yüksələ bilmədən mübarizəni dayandırıb.

Qeyd edək ki, daha öncə İradə Aşumova 10 metrdən tapança ilə atışda təsnifat mərhələsindəcə 373 xalla 26-cı yeri tutaraq, finala yüksələ bilməyib. O, iyunun 22-də daha bir yarışa - 10 metrdən hava tapançası ilə komanda atışına qatılacaq.