Bakı. 14 may. REPORT.AZ/ "
“Baku Fires” klubunda bu mövsüm WSB Liqasında bir döyüş keçirmiş Leonid Çernobayev ölkəsini 91 kq çəki dərəcəsində təmsil edəcək. Bu klubun sabiq boksçusu Məhəmməd Nuruddinov da Bakıya gələcək. Avropa çempionatının gümüş mükafatçısı 69 kq çəki dərəcəsində yarışacaq. Belarus yığmasının liderlərindən biri qitə çempionu Vazgen Safaryants (60 kq) olacaq. İvan Fiqurenko (52 kq), Dmitri Asanov (56 kq), Yevgeni Dolqolivets (64 kq), Vitali Bondarenko (75 kq) və Sergey Novikov da (81 kq) Avropa Oyunlarında mübarizə aparacaqlar.
Qadınların turnirində Yana Burim (61 kq) və Viktoriya Kebikova (75 kq) çıxış edəcəklər.