Avropa Oyunları: Azərbaycan samboçusu finala yüksəlib

Avropa Oyunları: Azərbaycan samboçusu finala yüksəlib Minsk 2019 II Avropa Oyunlarında sambo yarışlarının ikinci gününə start verilib.
Avropa Oyunları
139
23 İyun , 2019 16:05
Avropa Oyunları: Azərbaycan samboçusu finala yüksəlib

"Minsk 2019" II Avropa Oyunlarında sambo yarışlarının ikinci gününə start verilib.

"Report"un Belarus paytaxtına ezam olunmuş əməkdaşının məlumata görə, Azərbaycan təmsilçilərindən Ağasif Səmədov (52 kq) 1/4 finala təsadüf edən ilk görüşündə litvalı Gintaras Katkusa qalib gəlib - 5:0.

Onun yarımfinaldakı rəqibi belaruslu Maksim Krasinski olub. Səmədov bu görüşünü isə 4:0 hesablı qələbə ilə başa vuraraq, adını finala yazdırıb. Azərbaycan samboçusu həlledici qarşılaşmada Andrey Kubarkova rəqib olub.

Əvəzində Cavidan Qarayev (62 kq) yunan Savvas Karakidzisə uduzub. Hesab 1:1 olsa da, rəqib görüşü sonuncu xal prinsipi ilə qalib kimi başa vurub. Qarayev təsəlliverici görüşdə estoniyalı Vadim Fominlə üz-üzə gəlib. Bu dəfə qələbə qazanan Azərbaycan təmsilçisi bürünc medal görüşündə gürcüstanlı Georgi Çirqadzeyə rəqib olub.

Abdulla Abdullayev (74 kq) isə xorvatiyalı Dino-Dominik Sumpora yenilib - 3:4. O, təsəlliverici görüşdə erməni Arsen Qazaryana rəqib olub. Görüş Qazaryanın qələbəsi ilə başa çatıb - 3:0. Beləliklə, Abdullayev "Minsk 2019"da medalsız qalıb.

İlk yarış günündə Azərbaycanın daha bir samboçusu Mehman Xəlilov (57 kq) erməni Maksim Manukyana 9:1 hesabı ilə qalib gələrək, bürünc medala sahib olub.

Son xəbərlər

Orphus sistemi