"RDY Logistika" Privoljsk dəmir yolunun Balakovo stansiyasından Azərbaycana günəbaxan şrotunun sınaq göndərişini təşkil edib.
Bu barədə “Report” şirkətə istinadən xəbər verir.
"Rusiyanın ən böyük aqrosənaye holdinqlərindən birinin ümumi çəkisi 1 500 ton olan günəbaxan şrotu ilə hopper vaqonları Biləcəri stansiyasına çatdırılacaq. Bu istiqamətin aktiv inkişafı planlaşdırılır", - şirkətdən bildirilib.
"RDY Logistika"nın Saratovdakı filialının direktoru Vera Vtorıgina qeyd edib ki, yükgöndərənlərin "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinə artan marağını nəzərə alaraq, şirkət ondan istifadə etməklə nəqliyyat həllərinin təkmilləşdirilməsi üzrə sistemli iş aparır.
"Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avrasiya məkanındakı ölkələr arasında səmərəli əlaqəni təmin edir ki, bu da ticarətin və iqtisadi əlaqələrin inkişafına töhfə verir", - o vurğulayıb.