Qida məhsullarının Azərbaycana idxalı zamanı tələb edilən sənədlərə dəyişiklik edilib

Qida məhsullarının Azərbaycana idxalı zamanı tələb edilən sənədlərə dəyişiklik edilib Azərbaycana qida məhsullarının idxalı zamanı artıq “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təs
ASK
20 Fevral , 2023 14:48
Qida məhsullarının Azərbaycana idxalı zamanı tələb edilən sənədlərə dəyişiklik edilib

Azərbaycana qida məhsullarının idxalı zamanı artıq “Qida təhlükəsizliyi haqqında” Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən” sənədlər də tələb ediləcək.

“Report” xəbər verir ki, bununla bağlı “Gömrük sistemində islahatların davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin 2016-cı il 4 mart tarixli sərəncamında dəyişiklik edilib.

Dəyişikliyə əsasən qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələbi aradan qaldırılıb.

İndiyədək ancaq ixracatçı ölkə tərəfindən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlar (şəhadətnamələr), qida məhsullarına münasibətdə qida təhlükəsizliyi sertifikatı, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış tələb edilirdi.

Son xəbərlər

Orphus sistemi