Qazaxıstan rəsmisi: "Aqrar forum Azərbaycanla əməkdaşlığı genişləndirməyə yeni imkan açır”

Qazaxıstan rəsmisi: "Aqrar forum Azərbaycanla əməkdaşlığı genişləndirməyə yeni imkan açır” Azərbaycan və Qazaxıstan mal-qara ticarətini artırır, Azərbaycan tərəfdən Qazaxıstandan mal-qara idxal edə biləcək iki tədarükçü müəyyən edilib.
ASK
25 İyul , 2024 14:55
Qazaxıstan rəsmisi: Aqrar forum Azərbaycanla əməkdaşlığı genişləndirməyə yeni imkan açır”

Azərbaycan və Qazaxıstan mal-qara ticarətini artırır, Azərbaycan tərəfdən Qazaxıstandan mal-qara idxal edə biləcək iki tədarükçü müəyyən edilib.

Bunu “Report”a açıqlamasında Qazaxıstanın Kənd Təsərrüfatı Nazirliyinin departament direktorunun müavini Ayxan Sultan bildirib.

“Təəssüf ki, 2023-cü ildə və bu ilin I yarısında ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində ticarət dövriyyəsi azalıb, lakin ümid edirəm ki, bu gün səfirlikdə keçirilən Azərbaycan-Qazaxıstan Kənd Təsərrüfatı Forumu sözügedən sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük addım olacaq. Forum kənd təsərrüfatı sahəsində ikitərəfli münasibətlərimizin inkişafına yeni imkan açır”, - o vurğulayıb.

Qazaxıstan rəsmisi ölkəsinin Bakı Taxıl Terminalında təmsil olunduğunu xatırladıb: “Bizim birgə müəssisəmiz var, 50 % pay Azərbaycana, 50 % pay isə Qazaxıstana məxsusdur”.

A.Sultanın sözlərinə görə, Azərbaycan fındıq və tərəvəz yetişdirilməsi sahəsində təcrübəsini Qazaxıstanla bölüşə bilər: “Bizə ölkəmizdə kifayət qədər istehsal etmədiyimiz fındıq və tərəvəz sahəsində təcrübə maraqlıdır, ümid edirəm ki, bugünkü dialoq platforması - bu forum bəlkə də hər altı 6 bir dəfə keçirilməsi mümkün olan tədbirə çevriləcək. Qardaş xalqlar nə qədər tez-tez görüşsə, qarşılıqlı faydalı əməkdaşlıq üçün bir o qədər yaxşıdır. Ümid edirəm ki, Azərbaycanın Astanadakı səfirliyi də Kənd Təsərrüfatı Forumu təşkil edəcək. Biz öz tərəfimizdən qazaxıstanlı fermerlərin yüksək keyfiyyətli məhsul təqdim etməsini təmin edəcəyik. Bundan əlavə, bu gün keçirilən forumda Azərbaycandan olan həmkarlar bizim üçün maraqlı olacaq bir çox texnoloji həllər səsləndiriblər”.

Ayxan Sultan forumun yekunları üzrə qarşılıqlı faydalı sövdələşmələrin bağlanacağına da ümidvar olduğunu deyib.

“Forumda Qazaxıstandan iri taxıl operatoru iştirak edir. Ümid edirəm ki, bu gün onlar azərbaycanlı həmkarları ilə müəyyən müqavilələr bağlayacaq və taxıl tədarük edəcəklər”, – o bildirib.

Son xəbərlər

Orphus sistemi