Nazirlik: “tedaruk.az”da ərzaq məhsullarına dair təkliflərin yerləşdirilməsinə başlanılıb

Nazirlik: “tedaruk.az”da ərzaq məhsullarına dair təkliflərin yerləşdirilməsinə başlanılıb Bugündən başlayaraq sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar "tedaruk.az" saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun olaraq ərzaq məhsullarına dair
ASK
1 Avqust , 2024 13:18
Nazirlik: “tedaruk.az”da ərzaq məhsullarına dair təkliflərin yerləşdirilməsinə başlanılıb

Bu gündən başlayaraq sentyabrın 1-dək ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan istehsalçı və satıcılar "tedaruk.az" saytına daxil olaraq dövlət satınalan təşkilatların 2025-ci il üzrə tələbatlarına uyğun şəkildə ərzaq məhsullarına dair təkliflərini yerləşdirə bilərlər.

"Report" Kənd Təsərrüfatı Nazirliyinə istinadla xəbər verir ki, istehsalçı və satıcılar "tedaruk.az" saytında növbəti il üzrə tələbata uyğun olaraq ərzaq məhsullarının siyahısı, həmin məhsulların növü, qiyməti, miqdarı və satınalma şərtləri ilə tanış ola bilərlər. Qeyd edilən tarixədək təkliflərini elektron portala daxil etməyən istehsalçılar və ya satıcılar satınalmada iştiraka buraxılmayacaqlar.

Qeyd edək ki, "tedaruk.az" elektron portalı dövlət büdcəsinin vəsaitləri hesabına ərzaq məhsullarını satın alan dövlət müəssisə və təşkilatları (idarələri) ilə həmin məhsulları satmaq istəyən istehsalçı və satıcıları birləşdirən platformadır.

Elektron portal ərzaq məhsullarının dövlət sifarişi ilə mərkəzləşdirilmiş qaydada satın alınmasını təkmilləşdirir, tədarük və təchizat prosesinin operativ həllini təmin edir, həmçinin vətəndaşlar arasında elektron xidmətlərdən istifadənin təşviqinə müsbət təsir göstərir.

Son xəbərlər

Orphus sistemi