Məcnun Məmmədov: "Aqrar sektorun davamlı inkişafı üçün sığorta vacib məsələlərdən biridir"

Məcnun Məmmədov: "Aqrar sektorun davamlı inkişafı üçün sığorta vacib məsələlərdən biridir" Azərbaycanda kənd təsərrüfatı sektorunun davamlı inkişafı üçün aqrar sığorta mexanizmi vacib məsələlərdən biridir.
ASK
20 İyun , 2024 10:36
Məcnun Məmmədov: Aqrar sektorun davamlı inkişafı üçün sığorta vacib məsələlərdən biridir

Azərbaycanda kənd təsərrüfatı sektorunun davamlı inkişafı üçün aqrar sığorta mexanizmi vacib məsələlərdən biridir.

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.

"Qabaqcıl dünya təcrübəsinə əsasən sığorta mexanizmləri aqrar sektorda risklərin idarəedilməsi və davamlı fəaliyyətin təmin edilməsi üçün ən mühüm mexanizm hesab olunur. Azərbaycanda tətbiq edilən aqrar sığorta modeli dünyada olan analoji sistemlərin uğurlu tətbiqinə əsaslanaraq hazırlanıb. Ölkəmizdə aqrar sığorta sistemi qardaş Türkiyənin TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb. Bu model fermerlərimizin dayanıqlı fəaliyyətlərini təmin etmək, sahəyə marağın stimullaşdırılmasını həyata keçirmək və gəlirlərinin davamlılığını qorumaq üçün nəzərdə tutulub. Dövlət-özəl sektor əməkdaşlığına əsaslanan bu model işlək və uğurlu bir modeldir. Belə ki, məhsulları Aqrar Sığorta Fondu ilə özəl sığorta şirkətlərinin birgə sığortalaması investisiya risklərini azaldır, fermerlərə dövlət dəstəyini gücləndirir, məşğulluğa müsbət təsir edir, ərzaq təhlükəsizliyinə töhfə verir və sığorta bazarını gücləndirir. Bu baxımdan ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi dövlətin aqrar sahəyə dəstəyinin növbəti təzahürü kimi qiymətləndirilməlidir", - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi