İmişlidə şəkər çuğundurunun yığımı başlayıb
ASK
- 18 oktyabr, 2024
- 04:52
İmişli rayonunda şəkər çuğundurunun yığımı başlayıb.
Bu barədə "Report"un Muğan bürosuna İmişli Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu il rayonda 214.7 hektar sahədə şəkər çuğunduru əkilib. Bu günə qədər sahələrdən 800 ton məhsul əldə olunub. Orta məhsuldarlığın hər hektar üçün 45-50 ton olacağı gözlənilir.
Məlumata görə, ötən il rayonda şəkər çuğundurunun əkini aparılmayıb.
Qeyd edək ki, bu il məhsulun alış qiyməti artıb. Ötən il 16 faiz şəkərlilik dərəcəsi ilə məhsulun tonu 81 manat idisə, bu il 85 manatdır. Artan hər faiz şəkərlilik dərəcəsinə görə əlavə 4 manat da ödəniləcək. Eyni zamanda, şəkər çuğunduruna dövlət tərəfindən də dəstək olaraq hər ton məhsula 18 manat subsidiya ödənilir.
Son xəbərlər
10:13
Şerzod Əsədov: Media cəmiyyətin səsini çatdırmalı və milli maraqları qorumalıdır
Media10:11
Foto
KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq
Biznes10:05
Naxçıvandakı sahibkarlar 7 ayda 5 milyon manata yaxın güzəştli kredit alıb
Biznes10:04
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
Daxili siyasət10:01
Azərbaycana turist axını 9 %-dən çox azalıb
Turizm09:57
Müzəffər Komilov: Özbəkistan İslam sivilizasiyası irsini qoruyub saxlamağa və təbliğ etməyə çalışır
Xarici siyasət09:49
Kristina Besman: "Qələbə qazanmaq üçün sona qədər mübarizə apardıq"
Komanda09:39
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında daha iki qarşılaşma keçiriləcək
Komanda09:38