“İsmayıllı Quşçuluq” səhmdarlarına dividend ödəyəcək

ASK
  • 11 may, 2017
  • 06:06
“İsmayıllı Quşçuluq” səhmdarlarına dividend ödəyəcək

Bakı. 11 may. REPORT.AZ/ İyunun 24-də, saat 11:00-da İsmayıllı Quşçuluq“ ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.

“Report” şirkətin İdarə Heyətinə istinadən xəbər verir ki, yığıncaq Cəmiyyətin İsmayıllı şəhəri, Mikayıl Müşfiq küçəsi, 1 ünvanında yerləşən inzibati binasında olacaq.

Yığıncağın gündəliyinə müəssisənin 2016-cı ilin yekunları üzrə illik balansının təsdiqi və dividendlərin bölüşdürülməsi, İdarə Heyəti üzvlərinin və sədrinin seçilməsi, təsisçilərlə hesablaşmalar, müəssisənin tam gücü ilə işləməsi üçün lazımi tədbirlərin görülməsi məsələləri daxildir.

Xatırladaq ki, “İsmayıllı Quşçuluq” ASC 1998-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 257 202 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 2 manat olan 628 601 səhm əsasında formalaşıb. Səhmlərin 50,1%-i Zaur Zahid oğlu Qardaşova, 34,17%-i Siyasət Cəlil qızı Qardaşovaya, 10,96%-i Zahid Əhməd oğlu Qardaşova, qalan 4,77%-i isə 24 fiziki şəxsə məxsusdur. 

Son xəbərlər

Bütün Xəbər Lenti