İrandan Azərbaycana tut ağacları gətiriləcək

İrandan Azərbaycana tut ağacları gətiriləcək Bakıda Azərbaycan və İranın kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib
ASK
16 May , 2016 13:06
İrandan Azərbaycana tut ağacları gətiriləcək

Bakı. 16 may. REPORT.AZ/ "Azərbaycana səfər edən İranın kənd təsərrüfatı naziri ilə bir çox sahələr üzrə müzakirələr apardıq. Əsasən də bitkiçilik, toxumçuluq və ticarət sahələri ilə bağlı fikir mübadiləsi aparılıb". "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakıda iranlı həmkarı Mahmud Höccətini qəbul edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.

H.Əsədov İranla baramaçılıq sahəsində də əməkdaşlığın perspektivlərinə dair müzakirələrin aparıldığını deyib.

"Həmçinin, texniki dəstəklə bağlı da müzakirələr apardıq. Bununla yanaşı, ticarət əməliyyatlarında bir-birimizdən istifadə edərək üçüncü dövlətlərə çıxmaqla bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa, bu il İrandan Azərbaycana barama qurdları gətirilərək əhaliyə pulsuz paylanılıb. Hazırda bunlar inkubasiya dövründədir. Barama qurdları üçün tut ağaclarının İrandan gətirilməsi ilə bağlı müzakirələr apardıq. Tezliklə nümayəndələrimiz İrana sərf edəcək və həmin ağac və kolları gətirəcəklər".

Son xəbərlər

Orphus sistemi