Gürcüstan Azərbaycana tərəvəz ixracını 4 dəfə artırıb
- 20 fevral, 2024
- 12:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar ayında Gürcüstan Azərbaycana 527 min ABŞ dolları dəyərində tərəvəz məhsulları ixrac edib.
“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-ci ilin eyni dövrünün göstəricisindən 4 dəfə çoxdur.
Hesabat dövründə Gürcüstandan xarici ölkələrə 22,2 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları göndərilib ki, bu da bir il əvvəlki göstəricidən 26 % çoxdur.
Ötən ay Gürcüstan Rusiyaya 8,4 milyon ABŞ dolları dəyərində, Ermənistana 2,7 milyon ABŞ dolları dəyərində, Çinə 2,5 milyon ABŞ dolları dəyərində, Almaniyaya 1,7 milyon ABŞ dolları dəyərində, Fransaya 1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xarici ölkələrə 265 milyon ABŞ dolları dəyərində tərəvəz məhsulları satıb ki, bunun da 3,51 milyon ABŞ dolları Azərbaycanın payına düşüb.