FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb”

FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb” Bu, bir çox icmalar üçün həyat tərzi və dolanışıq vasitəsidir. Hazırda dünyada su ehtiyatlarının azalması su ehtiyatlarını azaldır. Bu da bir çox ölkələrə təsir göstərir
ASK
28 Avqust , 2024 11:01
FAO rəsmisi: “Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb”

Azərbaycan su ehtiyatlarının idarə edilməsində mühüm addımlar atıb.

"Report" xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat “Su İdarəetmə Sistemlərinin iqlimə Dayanıqlı Kənd Təsərrüfatında Rolu: COP29 Dəyirmi Masa Müzakirələri” mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, hökumətin atdığı mühüm addımlardan biri də ölkədə Su Komissiyasının yaradılmasıdır: “Azərbaycan üçün kənd təsərrüfatı təkcə iqtisadiyyatın bir sahəsi deyil. Bu, bir çox icmalar üçün həyat tərzi və dolanışıq vasitəsidir. Hazırda dünyada su ehtiyatları azalır. Bu da bir çox ölkələrə təsir göstərir”.

Qeyd edək ki, müzakirələrdən sonra konfransda iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, suyun düzgün paylanması və su itkisini minimuma endirmək üçün yeni texnologiyaların tətbiqi mövzusunda təqdimatlar keçirilib. Tədbirdə su ehtiyatlarının səmərəli istifadəsi, ərzaq təhlükəsizliyi və davamlı su təminatı üçün kənd təsərrüfatında idarəolunan suvarma sistemlərinin rolu, iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri, müasir suvarma sistemlərinin qurulması və digər aktual məsələlər müzakirələr olunub. Həmçinin, torpaqların mühafizəsi, biomüxtəlifliyin qorunması, torpaq çirklənməsinin qarşısının alınması, su resurslarından səmərəli istifadə və effektiv torpaq idarəçiliyinin qurulması istiqamətində müzakirələrdə yerli və xarici mütəxəssislər öz fikirlərini bölüşüblər.

Son xəbərlər

Orphus sistemi