Daha 4 ölkədən Azərbaycana şəkər tədarükünə başlanılıb

ASK
  • 09 yanvar, 2023
  • 10:04
Daha 4 ölkədən Azərbaycana şəkər tədarükünə başlanılıb

Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycandan xaricə 27,588 milyon ABŞ dolları dəyərində 39 min 414 ton şəkər göndərilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3,1 % çoxdur, kəmiyyət olaraq – 22 % azdır.

Qazaxıstana 11,531 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 506 dəfə çoxdur) 15 min 353 ton (+614 dəfə), Türkmənistana 7,736 milyon ABŞ dolları dəyərində (-62 %) 11 min 975 ton (-69 %), Gürcüstana 7,255 milyon ABŞ dolları dəyərində (+82 dəfə) 10 min 919 ton (+109 dəfə), Rusiyaya 713,2 min ABŞ dolları dəyərində (-7 %) 619,24 ton (-25 %), Qırğızıstana 277,76 min ABŞ dolları dəyərində (-92 %) 448 ton (-93,4 %) məhsul satılıb.

Hesabat dövründə Azərbaycan xaricdən 305,63 min ABŞ dolları dəyərində (-96,2 %) 277,32 ton (-98,2 %) şəkər alıb.

Ukraynadan 133,28 min ABŞ dolları dəyərində (-78 %) 207,63 ton (-81 %), Finlandiyadan 43,96 min ABŞ dolları dəyərində (+2,1 dəfə) 24,23 ton (+90 %), Rusiyadan 27 min ABŞ dolları dəyərində (-99 %) 11,46 ton (-99,8 %), Lüksemburqdan 19,9 min ABŞ dolları dəyərində (+2,2 dəfə) 2,25 ton (+72 %), Türkiyədən 18,45 min ABŞ dolları dəyərində (-99,6 %) 5,52 ton (-99,9 %) şəkər tədarük edilib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Argentina, Malayziya, Səudiyyə Ərəbistanı və Sinqapurdan tədarük həyata keçirilib. Azərbaycan həmin ölkələrdən müvafiq olaraq 0,28 min ABŞ dolları dəyərində 0,11 ton, 2,86 min ABŞ dolları dəyərində 0,6 ton, 0,70 min ABŞ dolları dəyərində 0,25 ton və 0,03 min ABŞ dolları dəyərində 0,01 ton şəkər idxal edib.