Cəlilabadda üzüm yığımı başlayıb
ASK
- 01 avqust, 2024
- 13:34
Bir neçə gündür ki, Cəlilabad rayonunda üzüm bağlarından məhsul yığımına başlanılıb.
Kənd Təsərrüfatı Nazirliyinin Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un Muğan bürosuna verilən məlumata görə, hazırda rayonda 1 410 hektar üzüm bağı var.
Bunun da 1 375 hektarı bar verən bağdır.
Fermerlərin sözlərinə görə, bu il qeyri-sabit hava şəraiti üzümçülüyə ciddi ziyan vurmayıb. Hazırda bağlarda məhsul bolluğu müşahidə olunur.
Bir kiloqram üzümün qiyməti növündən asılı olaraq 1-1,5 manat arasında dəyişir. Yığılan məhsul daxili bazarla yanaşı, Rusiyanın müxtəlif bazarlarına ixrac olunur.
Son xəbərlər
19:07
Qalibaf: Danışıqlar ABŞ ilə mübarizə üsuludur
Region18:58
AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
İnfrastruktur18:57
Pakistan təhlükəsizlik qüvvələri 6 yaraqlını öldürüb
Digər ölkələr18:51
Xamenei ABŞ və İsrailə qarşı mübarizədə elmin rolunu qabardıb
Region18:43
Ceyhun Bayramov Ümumi Debatlarının rəsmi açılışında iştirak edib
Xarici siyasət18:35
Ankarada axtarışda olan FETÖ üzvləri saxlanılıb
Region18:29
Pərvanə Vəliyeva: "Azərbaycanda dağ-mədən sənayesinin illik maliyyə təsiri 1 milyard manatı ötəcək"
Sənaye18:24
SEPAH: Hörmüz boğazında müharibə davam edir
Region18:14