Bu il Azərbaycanda taxıl biçininə 2 000-ə yaxın kombayn cəlb ediləcək

Bu il Azərbaycanda taxıl biçininə 2 000-ə yaxın kombayn cəlb ediləcək Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinə start verib
ASK
27 May , 2021 11:43
Bu il Azərbaycanda taxıl biçininə 2 000-ə yaxın kombayn cəlb ediləcək

Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC regionlarda taxıl biçininə hazırlıqla bağlı maarifləndirmə tədbirlərinə start verib.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, görüşlərə Ağcabədi, Tərtər, Bərdə, Ağdam, Zərdab, Yevlax, Füzuli rayonlarından başlanıb. Görüşlərin məqsədi fermerlərin biçinə hazırlığını təmin etməkdir.

İlk növbədə ötən il biçinlə bağlı daha çox müraciətin daxil olduğu kənd və qəsəbələrdə yaşayan fermerlərlə görüşlər keçirilib. Biçin zamanı yanğın təhlükəsizlik qaydalarına və növbəlilik sisteminə riayət edilməsi ilə bağlı kənd və qəsəbələrdə vətəndaşlarla görüş keçirilir və onlara zəruri məlumatlar verilib.

Bu ayın sonundan ölkə üzrə taxıl biçininə başlanılacaq. Biçinin itkisiz və mütəşəkkil həyata keçirilməsi üçün “Aqroservis” mexanizatorlar üçün təlimlər təşkil edib, kombaynlarda sazlama işlərini tamamlayıb və GPS nəzarət sistemi quraşdırıb.

Biçin prosesində növbəlilik sistemi icra nümayəndəlikləri və bələdiyyələr tərəfindən təmin olunacaq. Biçinə və növbəlilik sisteminə nəzarəti Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) həyata keçirəcək.

Ölkə üzrə biçinə ümumilikdə 2 000-ə yaxın taxılbiçən kombayn cəlb olunacaq. Bunun 700-ü “Aqroservis”in, 1 284-ü isə fiziki şəxslərin və iri təsərrüfat sahiblərinin texnikalarıdır.

Son xəbərlər

Orphus sistemi