Biləsuvarda xırdabuynuzlu heyvanların sayı artıb 

Biləsuvarda xırdabuynuzlu heyvanların sayı artıb  Biləsuvar rayonunda xırdabuynuzlu heyvanların sayında artım baş verib.
ASK
11 İyun , 2024 18:10
Biləsuvarda xırdabuynuzlu heyvanların sayı artıb 

Biləsuvar rayonunda xırdabuynuzlu heyvanların sayında artım baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun heyvandarlıq təsərrüfatlarında xırdabuynuzlu heyvanların sayı 142 minə (ötən il 139 min olub) yaxındır.

Bunların təxminən 121 mini qoyun, 20 mini keçi və 270-i donuzdur.

Heyvandarlıq təsərrüfatlarında iribuynuzlu mal-qaranın sayında isə artım qeydə alınmayıb. Mal-qara sayı ötənilki kimi 41 minə yaxın olub.

Son xəbərlər

Orphus sistemi