Biləsuvarda əkin sahələrində gəmiricilər artıb

Biləsuvarda əkin sahələrində gəmiricilər artıb Biləsuvar rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin artdığı müşahidə olunur.
ASK
25 Fevral , 2024 12:22
Biləsuvarda əkin sahələrində gəmiricilər artıb

Biləsuvar rayonunda əkin sahələrində siçanabənzər gəmiricilərin artdığı müşahidə olunur.

Dövlət Aqrar İnkişaf Mərkəzindən "Report"un yerli bürosuna verilən məlumata görə, qurum tərəfindən gəmiricilərinə qarşı mübarizə tədbirləri aparılır.

Belə ki, fermerlərin müraciəti əsasında cari il ərzində 1 325 hektar sahə üçün müvafiq kimyəvi preparat (sink-fosfid) onlara təhvil verilib. Daha çox gəmiricilər taxıl və yonca sahələrində müşahidə olunur. Kimyəvi mübarizə tədbirləri ardıcıl və kütləvi aparılmalıdır ki, daha effektiv olsun.

Həmçinin vurğulanıb ki, ötən il və cari ilin bu günə qədər əkin sahələrində çəyirtikə müşahidə olunmayıb.

Bu il gəmiricilərin çoxalmasına səbəb suvarmada olan bəzi çətinliklərdir. Bu problem onların artmasına şərait yaradıb.

Son xəbərlər

Orphus sistemi