"Beynəlxalq Sığorta Şirkəti" mal-qaranı sığortalayacaq
ASK
- 07 mart, 2016
- 10:56
Bakı. 7 mart. REPORT.AZ/ “Beynəlxalq Sığorta Şirkəti” ASC Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC tərəfindən keçirilən tenderin qalibi olub. Bu barədə "Report"a şirkətin mərkəzi ofisindən məlumat verilib.
Şirkət "Aqrolizinq"in aldığı 5 min baş cins mal-qaranı və mineral gübrələri sığortalayacaq.
Cins mal-qaranın sığortalanması üçün imzalanacaq sığorta müqaviləsinin sığorta haqqı 1 211 854 manat olacaq. Mineral gübrənin sığortalanması üzrə isə sığorta haqqı 100 343 manat təşkil edəcək.
Qeyd edək ki, “Beynəlxalq Sığorta Şirkəti” ASC 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Şirkət 2012-ci ildə sığorta fəaliyyətinə müddətsiz lisenziya alıb və hazırda müştərilərə 32 sığorta növü üzrə xidmət göstərir.
Son xəbərlər
11:33
Nazir: "Əsas məqsəd texnoloji dəyişikliklərə dair imkanları yüksək səriştə ilə qəbul etməkdir"
İKT11:33
"Bank of Baku"nun səhmdarlarının yığıncağı keçiriləcək
Maliyyə11:32
"Neftçi" ABŞ-dən olan basketbolçu Zakeriya Hiksi heyətinə qatıb
Komanda11:27
"Prior Leasing"in istiqrazları üzrə hərracın tarixi açıqlanıb
Maliyyə11:26
DSMF: 8 ayda 23 mindən çox insana proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub
Maliyyə11:25
Gülçöhrə Məmmədova: İşğalçılar dini-tarixi abidələrin məhv edilməsinə xüsusi önəm veriblər
Din11:23
Qazaxıstan Kanadaya 255 milyon dollarlıq mal ixrac etməyi təklif edib
Digər ölkələr11:20
Azərbaycanda WEF-in "Qlobal Bacarıqlar Akseleratoru" təşəbbüsünün tətbiqinə başlanılır
İKT11:20