Belarus Azərbaycandan şaftalı idxalını 11 dəfə artırıb
- 26 sentyabr, 2022
- 08:43
Bu ilin yanvar-iyul aylarında Azərbaycan 16,381 milyon ABŞ dolları dəyərində 12 min 891 ton şaftalı (nektarinlər daxil olmaqla) ixrac edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 19,7 %, kəmiyyət olaraq – 18,5 % çoxdur.
Rusiyaya 16,036 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 18,1 % çoxdur) 12 min 625 ton (+18,7 %), Belarusa 307,13 min ABŞ dolları dəyərində (+19,2 dəfə) 189,4 ton (+11 dəfə) və Qazaxıstana 38,32 min ABŞ dolları dəyərində (+8,6 %) 77,53 ton (+43 %) məhsul satılıb.
Hesabat dövründə Azərbaycana xaricdən 243 min ABŞ dolları dəyərində (-66,6 %) 140,82 ton (-70,5 %) şaftalı gətirilib.
Türkiyədən 185,61 min ABŞ dolları dəyərində (-47 %) 100,46 ton (-44,1 %), Gürcüstandan 45,45 min ABŞ dolları dəyərində (-87 %) 38,78 ton (-86,3 %), Çilidən 9,5 min ABŞ dolları dəyərində (+23,2 %) 1,19 ton (-24,2 %) və Cənubi Afrika Respublikasından 2,47 min ABŞ dolları dəyərində (-47,8 %) 0,4 ton (-61,5 %) məhsul gətirilib.