​Bakıda Azərbaycan-İran biznes-forumu keçirilib

​Bakıda Azərbaycan-İran biznes-forumu keçirilib İranın kənd təsərrüfatı naziri: "Biliklərimizi azərbaycanlı həmkarlarımızla da bölüşməyə hazırıq"
ASK
16 May , 2016 17:01
​Bakıda Azərbaycan-İran biznes-forumu keçirilib

Bakı. 16 may. REPORT.AZ/ Bu gün Bakıda Azərbaycan-İran biznes-forumu keçirilib. “Report” xəbər verir ki, forumda İran və Azərbaycanın kənd təsərrüfatı nazirləri iştirak ediblər.

Biznes-forum başlamazdan öncə Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov iranlı həmkarı Mahmud Höccətini Bakı Biznes Mərkəzi və Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələri ilə bağlı asılmış məlumat lövhələri ilə tanış edib.

Biznes-forumu giriş sözü ilə açan H.Əsədov deyib ki, bu tədbirdən yüksək nəticələr gözlənilir: "Bu gün burada bizimlə yanaşı, biznes nümayəndələri də iştirak edir. Təxminən 80-dən artıq sahibkarın foruma qatıldığını bilirəm".

İranın kənd təsərrüfatı naziri M.Höccəti isə qeyd edib ki, son illər hər iki ölkənin əlaqələrin genişləndirilməsində geniş imkanları var: "Biz bu il 112 mln. tondan çox kənd təsərrüfatı məhsulları istehsal etmişik. Bu, daxili tələbatdan çoxdur. Ona görə də ixracı genişləndirməyi düşünürük. Suvarma ilə bağlı problemləri həll etmək üçünsə tez yetişən məhsulların istehsalı texnologiyasına malikik. Biliklərimizi azərbaycanlı həmkarlarımızla da bölüşməyə hazırıq".

Son xəbərlər

Orphus sistemi