Azərbaycanın daha 10 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə bilər

Azərbaycanın daha 10 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə bilər Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 10 müəssisəsindən pomidor idxalına dair qadağanı ləğv edib.
ASK
16 İyun , 2021 16:12
Azərbaycanın daha 10 sahibkarlıq subyekti Rusiyaya pomidor ixrac edə bilər

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") Azərbaycanın daha 10 müəssisəsindən pomidor idxalına dair qadağanı ləğv edib.

“Report” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, həmin müəssisələr bu gündən qonşu ölkəyə pomidor ixrac edə bilər. Bu qərar karantin fitosanitar ekspertizasının nəticələri əsasında, həmçinin Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin zəmanəti ilə qəbul olunub. İxraca icazə verilmiş sahibkarlar və sahibkarlıq subyektləri Şəmkir rayonundan olan Səlahəddin Qədir oğlu Rzayev, Qəhrəman Əmir oğlu Qazıyev, Qoca Nəbi oğlu Qasımov, Mahirə Ənvər qızı Əliyeva, Bəhruz Daşdəmir oğlu Məmmədov, Şəki şəhərindən olan Elman Əliş oğlu Əhmədov, Bakının Nizami rayonundan olan Seymur Ələddin oğlu Bayramov, Suraxanı rayonunda fəaliyyət göstərən "Fruitland" MMC, Nəsimi rayonunda fəaliyyət göstərən "Az tomato" MMC, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən "Bərəkət-2020" MMC-dir.

Beləliklə, hazırda 141 sahibkar subyektimiz Rusiyaya pomidor tədarük edə bilər.

Son xəbərlər

Orphus sistemi