Azərbaycanın bölgələrində elit toxumların səyyar satışına başlanılıb

Azərbaycanın bölgələrində elit toxumların səyyar satışına başlanılıb Bu gündən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ucqar kənd və qəsəbələrdə səyyar satışa başlayıb.
ASK
22 Sentyabr , 2022 12:39
Azərbaycanın bölgələrində elit toxumların səyyar satışına başlanılıb

Bu gündən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Toxum Fondu ucqar kənd və qəsəbələrdə səyyar satışa başlayıb.

"Report" nazirliyə istinadən xəbər verir ki, məqsəd fermerləri keyfiyyətli, elit toxumla təmin etmək, vətəndaşların vaxt və pul itkisinin qarşısını almaq, vətəndaşlara Fondun əlçatanlığını, yaxınlığını təmin etmək, bununla da vətəndaş məmnunluğuna nail olmaqdır.

Səyyar satış vasitəsilə vətəndaşlara həmçinin maarifləndirici məlumatların paylanılması, payız əkini öncəsi aqronom məsləhətlərinin verilməsi nəzərdə tutulub.

Səyyar satışla bağlı Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı Mərkəzinə, eləcə də Fondun (077) 299 40 40 nömrəsinə zəng edərək məlumat almaq olar.

Son xəbərlər

Orphus sistemi