Azərbaycandan üç ölkəyə soğan ixracı bərpa edilib

ASK
  • 29 noyabr, 2022
  • 09:17
Azərbaycandan üç ölkəyə soğan ixracı bərpa edilib

Bu ilin 3 rübü ərzində Azərbaycan 2,851 milyon ABŞ dolları dəyərində 10 min 945 ton soğan ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 23,6 %, kəmiyyət olaraq – 20 % azdır.

Gürcüstana 1,329 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 7,3 dəfə çoxdur) 6 min 949 ton (+6,7 dəfə), Rusiyaya 1,194 milyon ABŞ dolları dəyərində (-54,8 %) 2 min 759 ton (-55,4 %), Ukraynaya 239,58 min ABŞ dolları dəyərində (+31 %) 850,39 ton (-17,8 %), Belarusa 57,95 min ABŞ dolları dəyərində 230,19 ton, Litvaya 14,1 min ABŞ dolları dəyərində 64,8 ton, Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 2,82 min ABŞ dolları dəyərində 18,8 ton, İraqa 3,58 min ABŞ dolları dəyərində (-93,2 %) 23,9 ton (-93,5 %) və Pakistana 8,13 min ABŞ dolları dəyərində 47,8 ton məhsul satılıb.

Beş il 2 ayın tamamında Pakistana, 2 il 7 aylıq fasilənin ardından Belarusa, 1 il 2 aylıq aradan sonra BƏƏ-yə ixrac bərpa edilib. Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Litvaya tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycana 84,1 min ABŞ dolları dəyərində (-98,2 %) 205,21 ton (-98,3 %) soğan idxal edilib.

Rusiyadan 76,84 min ABŞ dolları dəyərində (-97,9 %) 192,1 ton (-98 %) və Niderlanddan 7,21 min ABŞ dolları dəyərində (-4,9 %) 13,11 ton (-4,9 %) məhsul alınıb.