Azərbaycandakı aqroparklar 184 milyon manat güzəşli kredit alıb

Azərbaycandakı aqroparklar 184 milyon manat güzəşli kredit alıb İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu indiyə qədər ölkədə yaradılan aqroparklara 184 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verib.
ASK
17 Mart , 2022 17:12
Azərbaycandakı aqroparklar 184 milyon manat güzəşli kredit alıb

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu indiyə qədər ölkədə yaradılan aqroparklara 184 milyon manat güzəştli kredit, 27 aqroparka isə 1 milyard manat dəyərində investisiya təşviqi sənədi verib.

Bu barədə "Report"a nazirlik yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, investisiya təşviqi sənədi almış 26 aqroparka texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə bir çox təsdiqedici sənədlər verilib və bu təsdiqedici sənədlər üzrə həmin aqroparklar 39,8 milyon manat dəyərində güzəştlər əldə ediblər. Bu günə qədər aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub.

Hazırda 32 rayon üzrə 240 min hektar ərazidə ümumi layihə dəyəri 2,3 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılır. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-i isə emal sənayesi üzrə ixtisaslaşıb. 44 aqropark fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə işləri aparılır.

Aqroparklar məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayır. Hazırda aqroparklarda ümumi olaraq 4000-dən çox işçi daimi, 5000-dən çox işçi isə mövsümü işlə təmin olunub. Gələcəkdə əlavə 5 000-dən çox iş yerinin yaradılması nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi