Azərbaycanda pomidor istehlakı 3 % artıb

Azərbaycanda pomidor istehlakı 3 % artıb 2023-cü ildə Azərbaycanda ümumilikdə 981,197 min ton pomidor istifadə edilib.
ASK
29 Avqust , 2024 14:10
Azərbaycanda pomidor istehlakı 3 % artıb

2023-cü ildə Azərbaycanda ümumilikdə 981,197 min ton pomidor istifadə edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,5 % çoxdur.

Bunun 63,9 %-i və ya 627,39 min tonu əhalinin şəxsi istehlakının (2,9 % çox), 141,081 min tonu ixracın (0,6 % az), 55,928 min tonu itkilərin (2,5 % çox) payına düşür, 24,338 min tonu qida məhsullarının istehsalı (9,8 % çox), 11 tonu isə toxum üçün (8,3 % az) istifadə edilib. Son nəticədə ölkədə 132,449 min ton pomidor ehtiyatı yaranıb ki, bu da, illik müqayisədə 2,5 % artıb.

Hesabat dövründə Azərbaycanda pomidor istehsalı 2,3 % artaraq 845,525 min tona, pomidor idxalı isə 20,8 % artaraq 6,418 min tona çatıb.

Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 180 min 770 nəfər olub.

Son xəbərlər

Orphus sistemi