Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb

Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması ilə bağlı müraciətlərin emal müddəti yanvarın 15-nə qədər uzadılıb.
ASK
20 Dekabr , 2023 12:09
Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması müddəti uzadılıb

Azərbaycanda payızlıq əkin sahələrinin sığortalanması ilə bağlı müraciətlərin emal müddəti yanvarın 15-nə qədər uzadılıb.

"Report" bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Məlumata görə, əkin sahələrini bəyan edən fermerlərə həmin müddətə qədər sığorta ilə bağlı SMS bildirişlər göndəriləcək və onlar əkinlərini bu tarixə qədər sığorta edə biləcəklər. Yanvarın 15-nə qədər göndərilən SMS-lər üzrə 5 iş günü ərzində ödənişlərin edilməsi mümkün olacaq.

Prezident İlham Əliyevin imzaladığı "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilməsi haqqında 1 sentyabr 2021-ci il tarixli fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları aqrar sığorta olunmaqla verilir.

Aqrar Subsidiya Şurasının müəyyən etdiyi müəyyən edilən siyahıya əsasən buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalı bitkiləri üzrə əkin subsidiyaları aqrar sığorta olunmaqla ödənilir.

Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 %-ni dövlət ödəyir.

Son xəbərlər

Orphus sistemi