Azərbaycanda bal istehsalı 14 %-ə yaxın artıb
ASK
- 12 mart, 2025
- 12:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
2024-cü ildə Azərbaycanda bal istehsalının həcmi 2023-cü illə müqayisədə 13,5 % artaraq 5 min 166,3 ton olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il bal istehsalı 30 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsinin hesabına olub.
İl ərzində arı ailələrinin sayı 3,1% azalıb. Bu azalma, eləcə də bəzi arıçılıq məhsullarının istehsalının azalması əsasən arı xəstəlikləri ilə əlaqədar olub.
Bundan başqa, hesabat dövründə mum istehsalı 23,5 % azalaraq 132,1 ton, vərəmum istehsalı 43 % azalaraq 8,5 ton, arı südü istehsalı 14,9 % azalaraq 239,3 kq təşkil edib. Arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı isə 2,4 % azalıb.
Son xəbərlər
22:15
Rezai: Putin ABŞ-İran münaqişəsini bitirmək üçün hər şey edəcək
Region
22:02
Fransada genişmiqyaslı etirazlara 600 min nəfər qatılıb - Yenilənib
Region
21:54
Müctəba Xameneinin məktubu Vladimir Putinə çatdırılıb
Region
21:46
Vəfat edən futbolçu Xesus de Migelin xatirəsi oyunların 9-cu dəqiqəsində anılacaq
Futbol
21:42
Araxamiya: Oleşkidəki atəşkəs 2022-ci ildən bəri gərginliyin azaldılmasına doğru ən böyük addım olub
Digər ölkələr
21:24
Kamerunda yaraqlıların hücumu zamanı 7 nəfər ölüb
Digər ölkələr
21:16
Afyonkarahisarda silahlı hücum qeydə alınıb, ölənlər var
Region
21:15
Azərbaycan cüdoçuları Zaqrebdə Qran-Pri turnirində iştirak edəcəklər
Fərdi
21:12
Dmitriyev: Putin Trampın Ukraynada nizamlanma səylərini yüksək qiymətləndirir
Region