Azərbaycanda kənd təsərrüfatı istehsalı 2 %-ə yaxın artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı 2 %-ə yaxın artıb Bu ilin yanvar-mart aylarında Azərbaycanda 2 milyard 115 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.
ASK
16 May , 2024 16:04
Azərbaycanda kənd təsərrüfatı istehsalı 2 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 2 milyard 115 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,7 % artaraq 165,8 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1,5 % artaraq 1 milyard 950 milyon manat olub.

2024-cü ilin yanvar-aprel aylarında diri çəkidə 190,1 min ton ət, 701,9 min ton süd, 764,3 milyon ədəd yumurta, 1,9 min ton yun, 131,5 min ton tərəvəz və 50,9 min ton kartof istehsal olunub.

2023-cü ilin yanvar-aprel ayları ilə müqayisədə ət istehsalı 1,5 %, süd istehsalı 0,6 %, yumurta istehsalı 5,2 %, tərəvəz istehsalı 2,5 %, kartof istehsalı 1,1 % artıb, yun istehsalı isə 8,9 % azalıb.

Son xəbərlər

Orphus sistemi