Azərbaycanda kənd təsərrüfatı fəaliyyəti üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsi asanlaşıb

Azərbaycanda kənd təsərrüfatı fəaliyyəti üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsi asanlaşıb Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin sahəsi 5 hektardan az olmayan ərazidə inşa edilə bilər.
ASK
31 İyul , 2024 14:42
Azərbaycanda kənd təsərrüfatı fəaliyyəti üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsi asanlaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin sahəsi 5 hektardan az olmayan ərazidə inşa edilə bilər.

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.

O qeyd edib ki, bu dəyişikliklər dünən Prezident İlham Əliyevin təsdiq etdiyi Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.

"Qanuna əsasən, bu tikililər həmçinin vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin (yay və qış otlaqları, ümumi istifadədə örüş sahələri istisna olmaqla) 1 %-indən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Buna icazə torpaq sahəsinin mülkiyyətçisinin (onun yazılı razılığı ilə istifadəçisinin və ya icarəçisinin) müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq verilir. Bu məqsədlər üçün torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur", - F.Tağıyev bildirib.

Son xəbərlər

Orphus sistemi